Aİ-nin Rusiyaya qarşı planı - Fransanın təklifi ilə...
2025-07-08 11:53:32
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.
Fransanın xarici işlər naziri Jan-Noel Barronun sözlərinə görə, bu, 2022-ci ildən bəri tətbiq edilən ən sərt sanksiyalar olacaq.
Nazir deyib: "Fransanın təklifləri əsasında Avropa İttifaqı amerikalı senatorlarla koordinasiyalı şəkildə son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır". Barronun sözlərinə görə, növbəti tədbirlər paketi Rusiyanın resurslarını "tükəndirməyi" və onun hərbi əməliyyatlar aparmasına əngəl olmağı hədəfə alır. Sanksiyalar neft gəlirlərinə, Rusiyadan və başqa ölkələrdən olan "maliyyə aktyorlarına" təsir edəcək.
Hürr Tərcüman
