Saat:09:55
Haqqımızda

Aİ-nin Ermənistanda müşahidəçi missiyasının sayını atırmasının ƏSL SƏBƏBİ... - KREML NARAHATDIR

2023-11-02 11:48:54

Aİ-nin Ermənistanda müşahidəçi missiyasının sayını atırmasının ƏSL SƏBƏBİ... - KREML NARAHATDIR

Elxan Şahinoğlu: "Bunun isə bizə aiddiyatı yoxdur, Ermənistanın problemidir"

"Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi anti-terror əməliyyatından bu yana Ermənistanla sərhəddə sakitlikdir. Yəni, 19 sentyabr tarixindən bu yana iki ölkə arasındakı sərhəddə ciddi insident yaşanmayıb. Buna baxmayaraq, Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını atırmağa qərar verib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

"Sərhəddə sakitlik bərqərar olubsa, Avropa missiyasının Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə müşahidə missiyasının gücləndirilməsinin məqsədi nədir" sualını cavablandıran politoloqun fikrincə, missiyanın gücləndirilməsinin sərhəddəki durumla əlaqəsi yoxdur: "Çünki Azərbaycan ordusunun Ermənistana hücum etmək planı yoxdur, bunu Brüssel də bilir, strateji yüksəkliklər nəzarətimizdədir və bu bizə kifayətdir. Avropa İttifaqı sadəcə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün bölgədəki missiyasını gücləndirib".

Elxan Şahinoğlu qeyd edib ki, Kremlin versiyasına görə, Avropa İttifaqının müşahidə missiyasının əsas məqsədi Rusiyanın Ermənistandakı hərbi bazası barədə kəşfiyyat məlumatı toplamaqdır: "Bunun isə bizə aiddiyatı yoxdur, Ermənistanın problemidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.587152