“Aİ-nin demək olar ki, bütün böyük dövlətləri Ukraynaya namizəd statusu verilməsini istəmirlər”

2022-05-31 21:56:00

“Aİ-nin demək olar ki, bütün böyük dövlətləri Ukraynaya namizəd statusu verilməsini istəmirlər”

Hurriyyet.az "Ukrainskaya Pravda" nəşrinə istinadla xəbər verir ki, İtaliyanın Baş naziri Mario Draqi Aİ-nin sammitindən sonra çıxış edərkən İtaliyadan başqa Avropa İttifaqının bütün digər böyük dövlətlərinin Ukraynanın İttifaqa daxil olmağa namizəd statusunu almasının əleyhinə olduqlarını bəyan edib. Draqi deyib: “İtaliyadan savayı, Aİ-nin demək olar ki, bütün böyük ölkələri Ukraynaya namizəd statusu verilməsinin əleyhinədirlər. Bununla belə, Ukraynanın Aİ istiqamətində sürətli irəliləyişini istisna eləmək olmaz. Mənə elə gəlir ki, Avropa Komissiyası da bu nöqteyi-nəzər ilə razıdır”.  

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya