Saat:14:08
Haqqımızda

Aİ-nin Belarusa qarşı beşinci sanksiya paketi

2021-12-01 17:30:00

Aİ-nin Belarusa qarşı beşinci sanksiya paketi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Avropa İttidaqının 27 ölkəsinin daimi nümayəndələri Belarusa qarşı beşinci sanksiya paketinin tətbiq edilməsinə razılıq veriblər. Bu barədə məlumatı Aİ Şurasındakı ölkələrin üzvlərinin birinin nümayəndə heyətindəki mənbə 1 dekabr tarixində verib. 

TASS-ın yazdığına görə, mənbə deyib: “Bu gün səhər saatlarında Aİ səfirləri beşinci sanksiya paketini təsdiqləyiblər. Bu paketə 25 fiziki və hüquqi şəxsə qarşı tədbirlər daxildir”.

Diplomat bildirib ki, bu qərar dekabrın 2-də Aİ-nin Rəsmi jurnalında dərc edilərək qüvvəyə minəcək. 

Xatırladaq ki, noyabrın 15-də Avopa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell Aİ-nin Belarus hakimiyyətinə qarşı sanksiyalarının beşinci paketinin bu günlərdə təsdiqlənib qüvvəyə minəcəyini bəyan eləmişdi.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR