Saat:03:33
Haqqımızda

"Aİ-nin ayırdığı 50 milyard Kiyevin ehtiyacları üçün heç nədir" - Amerika nəşri

2024-02-07 13:40:47

"Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı 50 milyard avro Kiyevin artan ehtiyacları üçün “heç nə” deyil. Avropa xoşagəlməz reallıqla üzləşib: Kiyevə daha uzun müddət yardım göstərməli olacaq"
Hurriyyet.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti məlumat yayıb.

“Aİ-nin Ukrayna üçün ayırdığı 50 milyard avro mahiyyət etibarı ilə heç nə deyil... Ölkənin maliyyə ehtiyacları hər gün artdıqca və  Rusiya ilə amansız müharibəsi üçüncü tərəflərlə əlaqədar uzandıqca maliyyə sıxıntısı yaşanacaq",- nəşr yazıb.

Qeyd olunur ki, Aİ Ukraynanın həyat təminatı sisteminin saxlanmasında ABŞ-nin əhəmiyyətli töhfəsinə ümid edir. Bununla belə, ABŞ Prezidenti Co Baydenin 60 milyard dollarlıq hərbi yardım paketini Konqresdən keçirməməsi müharibədən əziyyət çəkən ölkəni hazırda çətin vəziyyətə salır.

Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Avropa İttifaqı Ukraynanın Silahlı Qüvvələrini və hərbi sənayesini öz hərbi imkanlarının bir hissəsinə çevirməyi planlaşdırır.

Aİ də xəbərdarlıq etmişdi ki, Aİ-nin köməyi olmadan Kiyev su tapançaları ilə döyüşməli olacaq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.145972