Aİ-nin Ali nümayəndəsi Gürcüstana gedəcək

2023-09-05 12:13:43

Aİ-nin Ali nümayəndəsi Gürcüstana gedəcək

Hurriyyet.az “Qruzia onlayn” portalına istinadla xəbər verir ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozep Borrellin 7-8 sentyabr tarixlərində Gürcüstana səfər edəcəyi gözlənilir.

Bu onun hazırda tutduğu vəzifədə Gürcüstana ilk rəsmi səfəridir. Səfər zamanı Gürcüstanın Avropaya inteqrasiyası yolundakı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Borrell Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş naziri İrakli Qaribaşvili və XİN rəhbəri İlya Darçiaşvili ilə görüşəcək.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141463