Aİ nazirləri Azərbaycanla sərhədə dair qərar qəbul edəcək

2023-01-23 09:57:00

Aİ nazirləri Azərbaycanla sərhədə dair qərar qəbul edəcək

Bu gün Brüsseldə keçiriləcək Aİ Xarici Əlaqələr Şurasının əsas mövzuları Ukraynadakı hadisələr, Ermənistan, Əfqanıstan, Venesuela, İran, Monteneqro və s. olacaq.

Hurriyyet.az xəbər verir ki, avropalı nazirlər Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etməyəcəklər. Həmçinin, Aİ-nin Ukraynaya növbəti hərbi yardım paketinin razılaşdırılacaq. Söhbət 500 milyon avroluq paketin təsdiqindən gedir.

Bundan əlavə, Aİ-nin təlim missiyası çərçivəsində Ukrayna hərbçilərinin təlimi üçün əlavə 45 milyon avro nəzərdə tutulacaq.

Ermənistanla-Azərbaycan arasındakı münasibətlərə gəlincə, mənbənin sözlərinə görə, Aİ diplomatları vəziyyəti həll etmək üçün hər iki ölkə ilə yorulmadan çalışırlar: “Biz Laçın dəhlizindəki vəziyyəti narahatlıqla izləyirik və ümid edirik ki, Bazar ertəsi Avropa İttifaqının Ermənistanda missiyasını yerləşdirmək barədə qərar qəbul edəcəklər". (yenisabah)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144671