Saat:03:31
Haqqımızda

Aİ müşahidəçiləri Zod qızıl mədəninə baş çəkdilər... - Nədənsə paylaşımlarını sildilər...

2023-11-14 13:25:02

Aİ müşahidəçiləri Zod qızıl mədəninə baş çəkdilər... - Nədənsə paylaşımlarını sildilər...

Avropa İttifaqının (Aİ) müşahidəçiləri “X”-də Ermənistanın Qeqarkunik mərzinə(tarixi Göyçə və Basarkeçər mahallarının ərazisi-S.L.) səfərləri barədə məlumat paylaşıblar. Lakin az sonra nədənsə paylaşımı siliblər.

Hurriyyet.az xəbər verir ki, bu haqda "AremaninReport" məlumat yayıb.

“Avropa İttifaqının qərargah planlayıcıları dünən Geqarkunik bölgəsində Aİ müşahidə missiyasının patruluna qoşulublar. Ümumi təhlükəsizlik və müdafiə siyasəti qüvvədədir və missiyanın gələcəkdə necə fəaliyyət göstərəcəyi müzakirə olunur”, - deyə məlumatda qeyd olunub.

Missiyanın dərc etdiyi foto-şəkillər əsasında müəyyən etdik ki, müşahidəçilər 44 günlük müharibədən sonra əksəriyyəti Azərbaycanın nəzarətinə keçən Sotk(Zod-S.L.) mədənində olublar.

Paylaşımdan qısa müddət sonra missiyanın məlumatının nədən silinməsinin səbəbi bəll deyil.

Aİ müşahidəçiləri Zod qızıl mədəninə baş çəkdilər...

moderator.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.880874