Aİ liderləri Ukraynaya səfər edib
2025-02-24 10:04:01

Avropa Komissiyasının Prezidenti Ursula von Der Leyen və Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta Kiyevə səfər ediblər.
Hurriyyet.az xəbər verir ki, onların gəlişində məqsəd Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin 3-cü ildönümü münasibətilə həmrəylik və dəstəyin nümayiş etdirilməsidir.
Qeyd edək ki, bu gün adıçəkilən ölkəyə ümumilikdə 13 ölkənin liderinin səfəri gözlənilir. (APA)
