Aİ İstanbulda Ukrayna sammiti keçirəcək

2023-01-23 23:37:00

Aİ İstanbulda Ukrayna sammiti keçirəcək

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının Türkiyədəki nümayəndəliyinin rəhbəri, səfir Nikolaus Mayer-Landrut İstanbul şəhərində Ukraynadakı müharibənin bir illiyinə həsr ediləcək “irimiqyaslı tədbir” keçiriləcəyini bildirib: “Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibənin ildönümündə, məhz 22 fevral tarixində biz İstanbulda böyük sammit keçirəcəyik. Tədbirə Ukrayna hökumətinin üzvlərindən biri də dəvət ediləcək. Müharibənin geosiyasi və iqtisadi nəticələri barəsində fikir mübadiləsi aparılacaq”.

Onun sözlərinə görə, “Türkiyədən də bir nümayəndə” müzakirələrdə iştirak edəcək.

Aİ nümayəndə heyətinin başçısı həmin sammiti “Ukraynanın dəstəklənməsinin göstəricisi” adlandırıb. O deyib: “Rusiyanın təcavüzə başlaması Avropa tarixi üçün həlledici oldu. Avropanın tarixi – bizim ümumi məkanımızdır. İnsanla çox vaxt 9 sentyabr tarixini ABŞ-ın təhlükəsizlik tarixində “dönüş nöqtəsi” adlandırırlar. Bizim üçün belə bir “dönüş nöqtəsi” – 2022-ci il fevralın 24-üdür. Söhbət fəsadları Avropanın sərhədlərindən çox uzağagedən amansız müharibədən gedir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.237497