Saat:21:47
Haqqımızda

"Aİ ilə Azərbaycan arasında qaz sazişi layihəsi ermənilərə arxadan zərbədir" - Fransız senator

2023-02-04 20:40:00

“Aİ ilə Azərbaycan arasında qaz sazişi layihəsi ermənilərin kürəyinə vurulan zərbədir”.

Hurriyyet.Az xəbər verir ki, bunu fransalı senator Bruno Retaio özünün Twitter mikrobloqunda yazıb.

“Aİ ilə Azərbaycan arasında qaz sazişi layihəsi ermənilərin kürəyinə zərbədir.

Biz cəlladlarla sövdələşərək qurbanları qoruya bilmərik. Fransa adından Emmanuel Makron bu iyrənc sövdələşməni pisləməlidir”, – deyə o, Aİ-nin enerji komissarı Kadri Simsonun tvitini paylaşaraq yazıb.

“Keçən il enerji böhranının ən qızğın çağında Cənub Qaz Dəhlizi Aİ üçün ən mühüm qaz boru kəməri mənbəyi olduğunu sübut etdi.

2022-ci ildə SGC vasitəsilə Aİ-yə tədarük olunan qazın həcmi təxminən 8 milyard kubmetrdən 11,4-ə qədər artıb, yəni 2021-ci illə müqayisədə 40%-dən çox olub”,- deyə Simson öz tvitində yazıb.

P.S. Fransa hər tərəfdən Azərbaycana ilişməyə çalışır və ilişir. Ancaq bir məsəl də var: “Özgəsinə quyu qazan özü düşər”. Gec-tez Paris öz qurduğu tələlərə, hiylələrə qurban gedəcək. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR