Aİ Ermənistana yeni missiya göndərir

2022-12-19 23:33:00

Aİ Ermənistana yeni missiya göndərir

Oktyabrda Ermənistana göndərilmiş Aİ-nin Monitorinq Missiyası (EUMCAP) öz mandatını bu gün tamamlayıb.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

"Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, EUMCAP oktyabrın 20-də vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib.

40 ekspertin monitorinq üçün Ermənistana yerləşdirilməsi səmərəli oldu və etimadın formalaşmasına töhfə verdi. Bu gün biz Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayırıq və bu, mümkün olan vəziyyətə zəmin hazırlayacaq keçid qrupu ilə başlayır. Aİ-nin Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda davamlı sülhə töhfə verməkdir", Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

"Aİ Şurası Ermənistan hökuməti ilə razılaşıb ki, Aİ-nin Gürcüstandakı Monitorinq Missiyasından Ermənistana yardım qrupu göndəriləcək. Bu qrup keçid dövrü üçün nəzərdə tutulub və uzunmüddəli missiya üçün hazırlıq aparacaq, həmçinin regiondakı təhlükısizlik vəziyyəti barədə Aİ-ni məlumatlandıracaq. Keçid dövrünün planlaşdırılması üzrə yardım qrupunun, həmçinin Ermənistan və Azərbaycan arasında Aİ tərəfindən vasitəçilik edilən normallaşma prosesində Avropa Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir” – deyə Borrel əlavə edib. \\APA 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.269073