Saat:00:06
Haqqımızda

“Aİ bunu etsə, NATO-dan çıxacağıq” – ABŞ senatoru

2025-04-04 15:38:01

“Aİ bunu etsə, NATO-dan çıxacağıq” – ABŞ senatoru

ABŞ Senatının üzvü Mayk Li Avropa İttifaqını (Aİ) hədələyib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Aİ bunu etsə (Aİ “X”i cərimələməsə – red.), biz NATO-dan çıxacağıq”, - Li bildirib.

Qeyd edək ki, daha əvvəl “The New York Times” mənbələrə istinadən xəbər vermişdi ki, Avropa tənzimləyiciləri “X”ə 1 milyard dollardan çox cərimə tətbiq etməyi düşünürlər.

Yanvar ayında “Handelsblatt” qəzeti Aİ-nin yüksək vəzifəli rəsmilərinə istinadən xəbər vermişdi ki, Avropa Komissiyası (AK) “X” ilə bağlı araşdırmanı başa çatdırıb və 100 milyon dollardan çox cərimə ilə üzləşib. Aİ-nin “X” ilə bağlı araşdırması 2023-cü ilin dekabrında başlayıb. AK şirkətin məhkəmə qərarı olmadan Aİ-də qadağan olunmuş kimi qeyd olunan məzmunu silməyə məcbur edən Rəqəmsal Xidmətlər Aktını (DSA) pozmasından şübhələnir.

Yeniavaz.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.155692