Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı

2022-08-24 15:07:00

Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırıldı

Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.

Hurriyyet.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb.

Məlumata əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.

Qərar sentyabrın birindən qüvvəyə minir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062205