Aİ-92 markalı benzin 1,50 AZN olacaq? - AÇIQLAMA

2023-08-31 19:21:25

Aİ-92 markalı benzin 1,50 AZN olacaq? - AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanda oktyabr ayından benzinin bahalaşacağı bildirilir. Məlumatlara görə, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,50, Aİ-95-in isə 2,50 AZN olacaq.

Hurriyyet.Az bildirir ki, bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyib ki, benzinin bahalaşmasına əsas görmür. 

“Rəsmi mənbə belə bir məlumat vermirsə, deməli, bu, sadəcə, söz-söhbətdir. Benzinin bahalaşacağı barədə heç yerdə nə rəsmi məlumat görmüşəm, nə oxumuşam, nə də hardansa eşitmişəm. Şəxsən belə bir məlumatım yoxdur”, - deputat bildirib. 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141128