AHİK sədri sanatoriya direktorunu işdən çıxardı
2024-09-14 16:15:31
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin "Bilgəh" kardioloji sanatoriyasının direktoru Muxtar Əhmədov vəzifəsindən azad edilib.
Hurriyyet.az Unikal-a istinadla xəbər verir ki, bununla bağlı AHİK sədri Sahib Məmmədov əmr imzalayıb.
Hələlik Muxtar Əhmədovun yerinə təyinat yoxdur.