Saat:14:09
Haqqımızda

Ağstafanın icra başçısı Seymur Orucov ingiliscə danışanda elə bil Çin dilində danışır... - Kəndlinin, torpağın dilini bilməyən Seymur Orucov rüşvətin dilini tez öyrəndi...

2021-12-30 13:14:00

Ağstafanın icra başçısı Seymur Orucov ingiliscə danışanda elə bil Çin dilində danışır... - Kəndlinin, torpağın dilini bilməyən Seymur Orucov rüşvətin dilini tez öyrəndi...

Son illərdə irili-xırdalı məmurların  tərcümeyi-halında İNGİLİSCƏ BİLİR  ifadəsi xüsusi yer alır. 
Bu sırada gənc icra başçılarının adı xüsusi qeyd olunur. 
Birincisi, hər bir dövlətin öz dövlət dili var, Azərbaycan Respublikasında dövlət dili azərbaycan dilidir.
İkincisi, axı, hər məmur diplomat, səfir, konsul deyil ki, ondan ingiliscə bilmək tələb olunsun. 
Üçüncüsü, dünyanın heç bir yerində məmurdan əcnəbi dil bilmək tələb olunmur. 
Dördüncüsü, Ağstafanın icra başçısının ingiliscə bilməsinə hansı ehtiyac, zərurət var ki...
Ağstafanın icra başçısı Seymur Orucov  publikanın qarşısında  ingiliscə danışıb özünü  gülməli vəziyyətə salır. 
Allah qoymasa, ingiliscə də normal danışa bilmir, elə bil Çin dilində danışır. 
Ümumiyyətlə, Ağstafanın, yaxud Ağcabədinin, lap Balakənin icra başçısının ingiliscə bilməsinə nə ehtiyac var? 
Bunlar hamısı kənd rayonlarıdır, adamlarının da çoxu heyvandarlıqla, əkin-biçinlə məşğul olurlar. 
Deməli, bu  rayonların icra başçıları kəndlinin, əkinçinin, maldarın, tütünçünün, çayçının, baramaçının dilini bilməlidir. 
Yeri gəlmişkən, sovet dövründə rayonlardan birinə 1-ci katib ( indiki icra başçısı ) göndəriblər. Çobanla görüşən 1-ci katib çobandan heyvanları soruşur və çoban deyir 100 baş inək, 50 baş buzov,  30 baş kələ..
1-ci katib soruşur ki, kələ nədir ?
Yazıq savadsız çoban bilmir nə desin, deyir, yoldaş katib, inəyin ərinə kələ deyirlər..
Bu gün kadrların bir çoxu  bu vəziyyətdədir. 
Kənd təsərrüfatı naziri İnam Kərimov, yaxud Kəlbəcərin icra başçısı Azər Qocayev də eyni durumdadır. Hətta Kəlbəcərin icra başçısı  soruşur ki, barama nədir ? 
Belə icra başçıları ilə kənd rayonlarını necə idarə etmək olar ? 
Yaxud bir müddət əvvəl Tərtərin icra başçısı Müstəqim Məmmədovun rusca müsahibə verməsi ölkədə məsxərəyə çevrildi. 
Təsəvvür edirsiniz, bu adam rus dilində danışarkən az qala hərbi sirrləri açacaqdı. 
Bu adamdan soruşan yoxdur ki, sən bilmədiyin rus diində niyə danışırsan ki, bu boyda səhv edəcən ?
Sözün qısası, başa düşmək lazımdır ki, icra başçılarının ingiliscə, yaxud fransızca  bilməsinə ehtiyac yoxdur. İstəsəz özü üçün lap  ispan dilini də öyrənə bilər. 
Nə isə əsas mövzudan yayınmayaq. 
Bəli, Ağstafanın 34 yaşlı icra başçısı  Seymur Orucovun “siftəsi”  ingiliscə danışıb ölkədə biabır olmaq oldu. 
Sonra ölkə mediası Seymur Orucovun həyat yoldaşı Çeşmi xanım Hacıyevanın  “Azəriqaz”a  140 min manat  qaz borcu olması ilə bağlı məlumatı yayaraq gündəmə yeni mövzu gətirdi. 
Hamı şoka düşdü ki, icra başçısının xanımının 140 min manat necə qaz borcu ola bilər ?
Birincisi adi vətəndaşın 3 manat borcu olanda qaz kəsilirsə, Çeşmi xanımın qazı niyə kəsilməyib ? 
İkincisi Çeşmi xanım kimdir ki, Azəriqaza  140 min manat borcu olsun. 
Medianın araşdırmasından sonra bəlli oldu ki, Çeşmi xanım sahibkar kimi xiyar, pomidor yetirşdirir, istilikxanası var. Və buna görə 140 min manat qaz borcu yaranıb. 
Sonra bəlli oldu ki, Çeşmi xanım sən demə Maştağada bağça müdirəsidir və işə 350 min manatlıq xarici avtomobillə gedib-gəlir. 
Yenə ortaya suallar çıxdı:
Dövlətin qaz pulunu verə bilməyən Çeşmi xanım 350 min manatlıq avtomobili hansı pulla alıb ? 
Bəlkə icra başçısı olan həyat yoldaşı Seymur Orucov bağışlayıb ? 
Bəs təzəcə icra başçısı işləyən Seymur Orucovda bu qədər pul haradandır..?
Bəlkə Çeşmi xanıma bu avtomobili atası, sabiq millət vəkili, “Narxoz”un rektoru Şəmsəddin Hacıyev  hədiyyə edib ?
Bəs dövlətdən konkret maaş alan Şəmsəddin Hacıyev bu pulu necə qazanıb ?
Həə, deməli  “Narxoz”  rüşvət və korrupsiya yuvası olub...
Beləcə, hər şey açılıb tökülür, hər verilən sualla cinayət əməllərinin üstü açılır...
O da bəlli olur ki, 1 saat idarəetmə  təcrübəsi olmayan  Seymur Orucov necə icra başçısı olub. 
Bəli, “Narxoz”da oxuyan və rektorun qızı ilə evlənən Seymur Orucov  parta arxasından duran kimi, Çeşmi deyib ki, papa, Seymuru prorektor qoy...
Və rektor qızının bu arzusunu anında yerinə yetirib. Və 23 yaşlı  Seymur Orucov o boyda “Narxoz”da  prorektor olub. 
Özü də Allah qoymasa, TƏLİM-TƏRBİYƏ üzrə..
Bəh, bəh...parta arxasından duran uşaq  universitetdəkilərə TƏRBİYƏ verəcək...
Beləcə, Seymurun  karyerası fontan vurmağa başlayıb. Bir müddət sonra Seymurun dayısı, millət vəkili, Həmkarların sədri Səttar Möhbalıyev  qudası, Prezidentin köməkçisi Əli Həsənova deyib ki, Seymur icra başçısı olmaq üçün tam yetişib hazırdır...
Və beləcə Serymur Orucov olub Ağstafanın icra başçısı...
Amma ağstafalılar deyir ki, icra başçısının günü daha çox Bakıda və əsasən Novxanıdakı milyonluq villada keçir. Bu adamın Ağstafada ürəyi sıxılır, bütün günü əlində mobil telefon Bakı ilə danışır. 
Bütün bunlar azmış kimi, gənc icra başçısı kresloya oturan kimi köhnə icra başçıları olub bunun yanında heç nə...
Gənc başçı kresloya oturan kimi mərhum sabiq icra başçısının bütün komandasını yığıb deyib ki, heç kimlə işim yoxdur, əvvəlki kimi işləyin, islahat-zad boş şeydir, dayım deyib ki, qocalarla işlə...
Bəli,  Seymur  Orucov  Ağstafanın abadlaşdırılması ilə bağlı tenderləri gizli  keçirir, tenderdə özünə yaxın şirkətlər qalib olur, daha doğrusu, qalib elan edilir, yəni dövlətin vəsaitini mənimsəyir.
Qısa məlumat üçün onu da qeyd edək ki, Çeşmi xanım da hazırda Dillər Universitetinin rektoru Kamal Abdullanın müşaviridir və onun rəhbərliyi ALTINDA professor olmağa hazırlaşır. Hansı sahə üzrə professor ...bax onu bilmirik.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR