Ağstafa sakini 4 aydır ki, sosial müavinətlə təmin edilmir

2022-05-06 13:10:00

Ağstafa sakini 4 aydır ki, sosial müavinətlə təmin edilmir

Ağstafa rayonu A.Abdullayev küçəsi 14a sakini Ələkbərov Aydın redaksiyamıza müraciət edərək bildirir ki, oğlu gənc yaşında dünyasını dəyişib. Hazırda kirayədə yaşayan gəlini və nəvələri üçün sosial yardım düzəltdirmək istəsə də bu mümkün olmayıb. Şikayətçi qeyd edir ki, dəfələrlə müraciət edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirilir:

"Oğlum Ələkbərov Mehman 38 yaşında dünyasını dəyişib. Onun iki azyaşlı övladı var. Bu uşaqların keçən il iyun-iyul aylarında hər birinə 111 manat pensiyasını kəsmişdilər. "Hürriyyət" qəzetinin müdaxiləsindən sonra uşaqların pensiyası həllini tapdı. İndi isə dövlət tərəfindən verilən sosial müavinəti kəsiblər. Uşaqlar və gəlinim kirayə evdə yaşayırlar. Eyni zamanda onların 6 sot həyətyanı torpaq sahəsi var. Orada hörgü işləri də görülüb. Lakin evin damı vurulmayıb. Biz dəfələrlə müraciət etsək də baxılmır. Əvvəlcə dedilər ki, torpağın sənədini göndərmək lazımdır. Daha sonra damı olmayan evə sayğac qoydurdular. Lakin sosial yardım verilmədi. Sonra isə sayğacın abunə nörməsi tələb olundu. Onu da göndərdik. Yenə də rədd cavabı gəldi. Sonra əlaqə saxladıq. Dedilər ki, siz orada uşaqlara düşən pensiyanı yox, sosial müavinəti yazmalıydız. Artıq 4 aydır ki, müraciətimizə baxılmır. Nəyə görə bizə sosial yardım verilmir?... Əgər verilmirdisə niyə məni ASAN xidmətə sayağaca görə 170 manat pul ödətdirdilər?...Xahiş edirəm ki, bizə köməklik edəsiniz".

QEYD: Şikayətin araşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

(ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim etmişik.

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya