“Ağır xəstəliyə düçar olmuşam” - Həbsdəki müğənni

2022-08-31 17:35:00

“Ağır xəstəliyə düçar olmuşam” - Həbsdəki müğənni

Hədə-qorxu ilə tələbetmə əməlində təqsirli bilinərək 3 il müddətə həbs cəzasına məhkum edilmiş müğənni Amid Sədanın apellyasiya şikayətinə baxılıb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, sevgilisinə hədə-qorxu gələrək ondan 1500 manat pul və 700 manat dəyərində mobil telefonunu aldığına görə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə məhkum edilmiş gənc müğənninin şikayəti təmin edilməyib. Sumqayıt Apellyasiya Məhkəməsi ona təyin edilmiş cəzanı qüvvədə saxlayıb.

Apellyasiya Məhkəməsində Amid Səda ağır xəstəliyə düçar olduğunu və ondan şikayət etmiş xanımla barışmasını birinci instansiya məhkəməsinin nəzərə almadığını bildirib.

Qeyd edək ki, Ağcabədi rayon sakini olan 2002-ci il təvəllüdlü Amid Səda bir müddət əvvəl “TikTok” sosial şəbəkəsində Lalə (şərti adlı) adlı qızla tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Onlar müxtəlif yerlərdə görüşüblər. Ötən ilin sonlarında isə Amid Laləni şantaj edərək onun intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib və 2 min manat tələb edib. Qohumları və tanışları arasında rüsvay olacağını düşünən gənc qız keçmiş sevgilisinin hədələrinin real olduğunu düşünərək Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində onunla görüşərək 1500 manat pul və 700 manat dəyəri olan “Samsung” markalı mobil telefonunu ona verib.

Abşeron Rayon Məhkəməsinin 3 iyun 2022-ci il tarixli hökmü ilə Amid Sədaya 3 il müddətə həbs cəzası verilib.

A. Səda gənc müğənni kimi populyarlıq qazanıb, onun yutub platformasında yerləşdirdiyi mahnı və kliplərinə yüz minlərlə baxış gəlib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.079588