Saat:03:01
Haqqımızda

Ağır skaliozdan əziyyət çəkən azyaşlı təcili əməliyyat olunmalıdır - ANASI MÜRACİƏT ETDİ

2021-09-21 15:33:00

Ağır skaliozdan əziyyət çəkən azyaşlı təcili əməliyyat olunmalıdır - ANASI MÜRACİƏT ETDİ

Redaksiyamıza müraciət edən Binəqədi rayonunun, Biləcəri qəsəbəsi sakini Xəyalə Manaflı 14 yaşlı qızının ağır dərəcəli skaliozdan əziyyət çəkdiyini deyir. Şəhər sakini Xəyalə Manaflı qızı Fidanın tezliklə əməliyyat olunaraq, sağlamlığına qovuşmasını istəyir.

Fidanın 14 yaşı var. O, 4-cü dərəcəli skaliozdan əziyyət çəkir. Fidanın əməliyyatına 1 aydan da az müddət qalıb. Onun əməliyyatına 22 min manat pul lazımdır. Lakin, 22 min manatdan yalnız 5 min manat vəsait toplanıb.  Şəhər sakini Xəyalə Manaflı qızının əməliyyatına lazım olan vəsaitin toplanması üçün Azərbaycan xalqına müraciət edib:

"Qızım ağır dərəcəli skaliozdan əziyyət çəkir. Hər kəsdən xahiş edirəm ki, qızımın sağlamlığına qovuşması üçün bizə kömək etsinlər. Bütün Azərbaycan xalqından kömək istəyirəm. Mən də ana kimi istəyirəm ki, qızım Fidan sağalıb, ayağa qalxa bilsin. Çox pis vəziyyətdəyik. Qızım oktyabr ayına kimi əməliyyat olunmalıdır. Əgər, 1 manat göndərə bilirsinizsə, onu bizdən əsirgəməyin".

Qeyd: 4-cü dərəcəli skaliozdan əziyyət çəkən 14 yaşlı Fidan Manaflıya vəsaiti bu hesaba köçürə bilərsiniz.

Kapital bank: 4169 7413 0032 5139

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR