Ağır şəraitdə işləyən 6 min nəfərin pensiya müraciətinə imtina cavabı verilib - AÇIQLAMA

2022-05-05 16:20:00

Ağır şəraitdə işləyən 6 min nəfərin pensiya müraciətinə imtina cavabı verilib - AÇIQLAMA

“2017-ci ildən bəri təxminən 6 min ağır şəraitdə işləyən vətəndaşımız müxtəlif səbəblərdən pensiya ilə bağlı müraciətə imtina cavabı alıb”.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, bu dəyişikliklərlə onların da pensiya təminatı hüququ təmin ediləcək: “Pensiya qanunvericiliyinə yeni təkliflər vətəndaşlara ciddi mənada müsbət təsir edəcək. Hazırkı layihə isə vətəndaşların vəziyyətini yaxşılaşdırmaq üçündür”. (APA)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya