Saat:23:47
Haqqımızda

AĞIR QƏZA: İki məktəblini MAŞIN VURDU

2025-06-03 00:15:27

AĞIR QƏZA: İki məktəblini MAŞIN VURDU

Mingəçevirdə yolu keçmək istəyən iki məktəblini maşın vurub. 

Hurriyyet.az xəbər verir ki, yol nəqliyyat hadisəsi şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

“KİA” markalı avtomobilin iştirakı ilə baş vermiş qəza zamanı 2008-ci il təvəllüdlü  Ədalət Nəzirli və onun həmyaşıdı Murad Məmmədli müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, Ə.Nəzirli və M.Məmmədli 11-ci sinif şagirdləridir.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.201877