Ağdərədə nə baş verir? - "Ordumuz konkret tapşırığı icra edir"

2022-04-16 12:29:00

Ağdərədə nə baş verir? -

“Azərbaycan ordusu Müdafiə Nazirliyindən aldığı tapşırıqların icrası ilə məşğuldur”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, Azərbaycan ordusunun Tərtər rayonunun (keçmiş Ağdərə rayonu - red.) Yarımca kəndi istiqamətində olan mövqelərdə möhkəmlənməsinə dair xəbərlərə münasibət bildirib.

Hərbi ekspertin sözlərinə görə, erməni mətbuatının nə yazmasından asılı olmayaraq, Azərbaycan ordusunun qarşısında konkret tapşırıqlar var və o tapşırıqlar icra olunmalıdır:

“Bizim mətbuat da başa düşməlidir ki, erməni mediası zaman-zaman dezinformasiyalar yayır. Fərruxla bağlı da belə bir cəhdi olmuşdu, guya Azərbaycan ordusu tutduğu mövqelərdən geri çəkilib, sülhməramlılar Azərbaycan ordusunu nəyəsə məcbur ediblər və s. və i.a. Azərbaycan ordusu kiminsə sözü ilə oturub-durmur. Azərbaycan ordusu verilən tapşırığın icrası ilə məşğuldur. Ermənilər, sözsüz ki, gərginlik yaradacaqlar və bu, onların marağındadır. Onlar bunu həm Azərbaycan ordusunu gözdən salmaq, həm də Rusiya sülhməramlılarına yarınmaq üçün edirlər”.

Ü. Cəfərov vurğulayıb ki, Azərbaycanın suverenliyi bütün ərazisində bərpa olunmalıdır:

"Azərbaycan ordusu Müdafiə Nazirliyindən aldığı tapşırıqların icrası ilə məşğuldur. Məlum ərazilər də bizimdir və bununla bağlı heç kimə hesabat vermirik.

Rusiya sülhməramlılarının təxribatlarına gəlincə, bəzən özləri, bəzən də ermənilərin əli ilə həyata keçirirlər. Buna görə də, diqqətli və ehtiyatlı olmalıyıq. Düşmənə və onun havadarlarına fürsət verməyək ki, sonra əsgər və zabitlərimiz pis vəziyyətdə qalsın. Azərbaycan ordusu Fərruxdan sonra həm Ağdərədə, həm də erməni silahlı birləşmələrinin olduğu digər yerlərdə onların sıxışdırıb-çıxarılması istiqamətində lazımi tədbirləri görür.

Başqa bir vacib məqam budur ki, Rusiya sülhməramlıları erməni tör-töküntülərinin oradan uzaqlaşdırılması istiqamətində 17 ay ərzində heç bir addım atmayıb və bundan sonra da atmaq fikirləri yoxdur. Odur ki, Azərbaycan ordusu üzərinə düşəni edir. Son erməni silahlı birləşmələri ərazilərimizdən təmizlənənə qədər də bu proseslər davam edəcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya