Saat:13:07
Haqqımızda

Ağdamda beynəlxalq konfrans keçirilir

2021-09-16 17:07:00

Ağdamda beynəlxalq konfrans keçirilir

Bu gün Ağdam şəhərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib. Rektor konfransda çıxış etdiyini vurğulayıb:

“Konfransdakı çıxışımın mövzusu "İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış" idi”.

Qeyd edək ki, “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda təşkil edilən I Beynəlxalq elmi-praktik konfrans Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir işğaldan azad edilmiş torpaqlarda keçirilən ilk elmi konfransdır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR