"Ağdam-Xankəndi yolunun tilsimi sındı" - ZAUR İBRAHİMLİ
"Geosiyasi böhranda ən vacib məsələ tarazlıq yaratmaqdı, Azərbaycanın ən yaxşı bacardığı işlərdən biri də budur"
"Cənab Prezident İlham Əliyev siyasi coğrafiyanı və geopolitikanı yaxşı öyrədir. Həmişə olduğu kimi böhran dəyişiklik doğurur, yeni proseslərə təkan verir və yeni qüvvələr nisbəti yaradır". Hurriyyet.az xəbər verir ki, bunu "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, politoloq Zaur İbrahimli deyib.
Politoloqun fikrincə, geosiyasi böhranda daha hazırlıqlı və əvvəlcədən bacardığı qədər riskləri nəzərə alan tərəf qazanclı çıxır: "Geosiyasi böhranda ən vacib məsələ tarazlıq yaratmaqdı. Azərbaycanın ən yaxşı bacardığı işlərdən biri də budur. Ona görə Ağdam-Xankəndi yolunun tilsimi sındı. Ruslar da, ABŞ, İran və Türkiyə də Azərbaycanın tarazlaşdırıcı roluna və qüvvəsinə ehtiyac duyurlar".
Zaur İbrahimlinin sözlərinə görə, məhz elə bu səbəbdən rəsmi Bakı BMT müstəvisində davanı uddu: "Azərbaycanın geosiyasi koordinatlarını yaxşı istifadə etmək üçün yaxşı master olmalısan".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az