Ağciyər Xəstəlikləri İnstitutunda ÖLÜM FAKTI - Həkim nəzarətsizliyi daha bir xəstənin həyatına son qoydu
2023-11-21 11:48:46
Bir neçə gün əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu PHŞ-in reanimasiya şöbəsində növbəti xəstə ölümü gerçəkləşib.
Bu barədə Hurriyyet.az-a hüquq müdafiəçisi Samir Zeynalov məlumat verib.
Onun sözlərinə görə, həmin vaxt növbədə baş həkim Gülzar Əliyevanın təşəbbüsü ilə ixtisaslı həkim yox, "rezident" olub. Ölən xəstənin yaxın qohumları instituta gələrək mövcud vəziyyəti etirazla qarşılayıblar.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma gedir.
“Əvvəlki illərdə olduğu kimi, hazırkı vəziyyətdə də müəssisə həkim-reanimatoloq yoxluğundan ciddi əziyyət çəkir. Bunun da ən başlıca səbəbi kadr siyasətinin düzgün aparılmaması, vaxtilə ixtisaslı həkimlərin sıradan çıxarılması faktlarıdır”, - deyə S.Zeynalov əlavə edir.
Hurriyyet.az