Ağciyər Xəstəlikləri İnstitutunda nələr baş verir? - Yeni direktora hədə-qorxu zəngi

2022-05-06 15:51:00

Ağciyər Xəstəlikləri İnstitutunda nələr baş verir? - Yeni direktora hədə-qorxu zəngi

Məlum olduğu kimi, bir neçə gün öncə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vəzifəsindən azad edilib.

O, gedərkən kreslosunu da özü ilə aparmağı unutmayıb.

Hurriyyet.az-ın məlumatına görə, ictimai vəkil Samir Zeynalov Cebhe.info-ya bildirib ki, H.Qədirova getdikdən sonra institutda qəribə hadisələr baş verir:

“Kiniki-diaqonstika laboratoriyası şöbəsinin müdiri Nuriyyə Səlimova hazırda yeni direktora da hədə-qorxu xarakterli zənglər etdirir”.

Bu məlumatlara aydınlıq gətirmək üçün Cebhe.info-nun əməkdaşı Nuriyyə Səlimova il əlaqə saxlayıb. Ancaq o, suallara cavab vermək istəmədiyini bildirib:

“Xəstələrimiz var. Biz müayinə ilə məşğuluq. Üzrlü hesab edin. Hazırda yaşlı ana məni gözləyir, onu ləngidə bilmərəm. Səhiyyə qurumu var, rəhbərlər var. Onlarla əlaqə saxlayın”.

Nuriyyə Səlimova onun haqqında iddiaların səslənməsinə isə belə reaksiya verdi: “Neçə illərdir ki, mənim barəmdə belə şeylər var. İddialar hamısı yalandır və bu məhkəmələrdə təsdiqini tapıb. Hamısı dələduzluqla bağlı əməllərdir və ifşa olunub. Xahiş edirəm biz elm adamlarıyıq, artıq suallarla vaxtımızı almayasınız".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya