Saat:04:30
Haqqımızda

“AĞÇİÇƏYİM” MAĞAZASININ YANMASI RİYAZİ YOLLA RAYONLARDA BAŞ VERƏN YANĞINLARA BAĞLANIR – HESABLAMA

2024-05-16 21:30:37

“AĞÇİÇƏYİM” MAĞAZASININ YANMASI RİYAZİ YOLLA RAYONLARDA BAŞ VERƏN YANĞINLARA BAĞLANIR – HESABLAMA

Bildiyiniz kimi, bu axşam (15.05.24) Bakının Nəsimi bazarı adlanan ərazisində “Ağçiçəyim” də daxil olmaqla, bir neçə mağaza və obyekt yandı. Elmi-lədun hesablamalarımız göstərir ki, ilk baxışdan təsadüfü görünən bu hadisədə ciddi bir qanunauyğunluq vardır və ölkədəki pozğun həyat tərzinə, zülmə, haqsızlığa... Allahın qəzəbinin təzahürüdür. Əvvəl şərh etdiyimiz yanğınlar, zəlzələ və qəzalar kimi, bu yanğın da Quran rəmzlri olan 114, 286 və 555 ədədlərinə bağlanır (birinci ədəd Quranın surələrinin, ikinci səhifələrinin cəmi, üçüncü ədəd isə, tövbə və  cəza rəmzi olmaqla, Yaradanın rəqəmsal imzası olaraq, bütün analoji hadisələrin üzərində görünür). Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:

1) Sözü gedən yanğın hadisəsi bu il yanvarın 23-də Şirvan hərbi zavodunda baş verən partlayış və yanğının 114-cü (!) günü baş verib ki, bu da hər iki hadisənin Allahın elminə bağlanmasını və Onun qəzəbinin təzahürü olduğunu sübut edir. 

2) Daha bir yanğın hadisəsi Sumqayıtda 13-cü mikrorayonda yerləşən şadlıq sarayında baş verdi (04.08.23). Bu gün həmin hadisənin 286-cı günüdür ki, bu da orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, ölkədəki pozğunluğa və zülmə Aallahın qəzəbinin təzahürü olduğunu bir daha təsdiq edir...

3) Bu gün Sabirabad bazarının (22.10.22) yanmasının 572-ci günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, yenə də səhifələrin sayı görünür və verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir:

                                                              572 – 286 = 286 

4) Nəhayət, bu gün Ay tutulmasının (08.11.22) 555-ci (!) günüdür ki, bu da Quranda tövbə və cəza rəmzi olmaqla, tövbə etməyənlərin tezliklə ağır cəzaanacağının xəbərdarlığı olduğunu bir daha təsdiq edir.

NƏTİCƏ: Bakida “Ağçiçəyim” və digər mağazaların yanması ilə Allah-təala Azərbaycan xalqına və onu idarə edənlərə xəbərdarlıq edir ki, ölkədəki pozğun həyat tərzinə, biri-birinizi aldatmağa, məmurların özündən aşağılara hədsiz (bəşər tarixində görünməmiş, insanlığa sığmayan) zülm və işgəncələr verməsinə son qoysunlar: tövbə edib, doğru yola dönsünlər; vətəndaşlar verdikləri vəədə, rəhbərlər isə, içdikləri anda əməl etsinlər. Əks halda bunun nəticəsi çox ağır olacaq (ölkəyə bəşər tarixində görünməmiş ağır bəlalar gələcək). Odur ki, ey çox hissəsi yolun azmış Azərbaycan xalqı və ey zülm etməkdə həddi aşan (hətda, Nəmrudu, Fironu kölgədə qoyan) rəhbərlər, ağlınızı başınıza yığın! Özünüzə gəlin; pul, var-dövlət, vəzifə... gözünüzü tutmasın! Sizdən əvvəlki zalımlar sizdən daha varlı, daha qüdrətli idilər. Allah onları məhv etdiyi kimi, sizləri də məhv etməyə qadirdir! Və bu bəlanın gəlməsinə lap az qalıb, nə qədər ki, sağsınız, dərindən düşünün və yolunuza qayıdın! 
O ki, qaldı yanğının niyə məhz gül mağazasında baş verməsinə, qeyd edək ki, gül məhəbbət rəmzidir. Cəmiyyətdə artıq məhəbbət hissi demək olar ki, yoxa çıxmaq üzrədir. Çoxluq pula, var-dövlətə, şörətə meyillidir və özündən aşağılara məhəbbətlə deyil, nifrətlə baxır. Rəhbərlərdə də xalqa qarşı məhəbbət və şəfqət hissi deyil, daha çox nifrət hissi müşahidə olunmaqdadır. Bu səbəbdən də Allah bugünkü  xəbərdarlığını məhəbbət rəmzi olan gül mağazasını yandırmaqla verdi. Bu mesajı dərk edərək, doğru yola qayıdanlar gələn bəlalardan xilas olacaqlar. Qayıtmayanlar isə, tezliklə məhvə məhkumdurlar!

Xəbərdarlığı şərh etdi:
Sizə valideynlərinizdən daha çox məhəbbəti olan, Dr. Paşa Yaqub 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192271