Saat:04:09
Haqqımızda

Ağcəbədi sakini “Azəriqaz”ın ona qanunsuz olaraq 2 851 manat borc yazdığını İDDİA EDİR - ŞİKAYƏT

2024-04-18 12:29:22

Ağcəbədi sakini “Azəriqaz”ın ona qanunsuz olaraq 2 851 manat borc yazdığını İDDİA EDİR - ŞİKAYƏT

Ağcəbədi rayonu, Salmanbəyli kənd sakini Musayev Elmir Eldar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Azəriqaz” qanunsuz olaraq ona 2 851 manat borc pul  yazıb:

“Mən, Musayev Elmir Eldar oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Belə ki, 2019-cu ildə fərdi yaşayış evi tikmişəm, amma həmin evdə yaşamırıq. Şəhərdə kirayədə yaşayırıq. Evdə qaz sayğacı olmadığına görə, qapının yaxınlığındakı xətdən boru ilə özümə xətt çəkmişdim. Əlbəttə, sayğac quraşdırıldıqdan sonra onu ləğv edəcəkdim. O evdə cəmi 1 ay olmuşuq. Həmin ay üzrə də mümkün deyil ki, o qədər borc olsun. Ağcəbədi rayonu qaz idarəsindən gəlib görüblər və 2851.2 manat cərimə yazıblar.

Yazılan borc qədər pulum olsaydı, vaxtında sayğacı qurraşdırardım. Kasıb ailəyəm, o borcu ödəməyə gücüm yoxdur. Müraciət etdim ki, evə sayğac qurraşdırım. Mənə bildirirlər ki, cəriməni ödə, sonra sayğac quraşdırılsın. Orda qeyd etdim ki, cərimə kağızını verin, mən az-az ödəyim. Vermədilər ki, yox, gətirib ödənişi ancaq bizə etməlisən.

“Azıriqaz”ı məhkəməyə verdim . Hakim dedi ki, get idarədən cərimə kağızını al gətir. Getdim, yenə vermədilər, eyni sözü dedilər ki, cərimə ancaq bizə, bu idarəyə ödənilməlidir.

İndi də tez-tez məktublar göndərirlər ki, bu qədər borcunuz var, ödəyin. Məktubun özü də saxta sənədə oxşayır, qurumun adı yox, peçatı yox, sadəcə məktubdur.

Məhkəməyə müraciət etdim, ərizəmi qəbul etmədilər ki, get “Azəriqaz”dan borc kağızını al gətir. Onu da vermirlər, məhkəmə də əlimdə sənədim yoxdur deyə işimə baxmır.

“Azəriqaz” qaynar xətti ilə də əlaqə saxladım, bildirilir ki, məsələ ilə bağlı heç bir məlumatımız yoxdur". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.227013