Ağcabədinin Yuxarı Qıyamədinli kəndində su problemi – SAKİNLƏR İLLƏRDİR SUSUZLUQDAN ƏZİYYƏT ÇƏKİR

2022-12-21 12:58:00

Ağcabədinin Yuxarı Qıyamədinli kəndində su problemi – SAKİNLƏR İLLƏRDİR SUSUZLUQDAN ƏZİYYƏT ÇƏKİR

Ağcabədi rayonu, Yuxarı Qıyamədinli kənd sakini Quliyev Rəhman Vəlihəddin oğlu tərəfindən Hurriyyet.az saytına şikayət məktubu daxil olub.

“2022-ci il olmasına baxmayaraq, biz su tapa bilmirik”, - deyən R.Quliyev bildirir ki, kənd sakinləri illərdir susuzluqdan əziyyət çəkir.

“Suyu eşşəklə başqa yerdən gətiririk”,- deyə o, bildirir.

Qeyd edək ki, məsələ ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, cavb ala bilmədik. Belə çıxır ki, onlar da “susuzluqdan əziyyət çəkir”, telefonlara cavab verə bilmirlər.

Şikayətçinin bizə göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:

 

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.109087