Saat:03:48
Haqqımızda

Ağappaq ağlığın sevinci, bu yandan 2000 manat xərc..

2024-02-05 12:12:32

Ağappaq ağlığın sevinci, bu yandan 2000 manat xərc..

Qarın yağmasına sevinənlər çox olur. Qartopu oynayan kim, onun ağappaq ağlığının sehrinə dalan kim. Qar yağdığı  yerə görə  ürək  açır.  Şəhər  adamına, daha doğrusu gənclərə, sevgililərə, uşaqlara  gözəldir qar.  Gəzəsən Bakının parklarında, ağacların ağ qar ara-bir  tökülə üstünə. Və ya ilk  sevdiyinə bir ovuc qar atasan. O atdığın  bəyaz ağlıq  sonra gəlinlik paltarına dönüb  bir dünya yaşada  sən.     

Amma  qarın  dağ kəndlərində yaratdığı çətinlikləri görəndə  istər-istəməz    adam bir qədər üzülür. Bəzən bunu aradan qaldırmağa, hətta  gücün çatmır və   başqasından  borc almağa məcbur olursan.  O da həqiqətdir sovet  vaxtı yağan qarın dağ kəndlərində  özgə sevinci olardı.  İndi isə yayın qızmar çağında onun adını tutanda belə adamın bədəninə üşütmə  düşür. Düşünürsən  ki, qaz yox,  yanacaq odun isə qızıl qiymətinə. Hələ günlərlə   qaranlıq gecələri  demirəm.

Son günlər  ara vermədən yağa güclü qar Lerik rayonun dağ kəndi Bradidə də bir sıra  fəsadlara səbəb olub.   Əsasən  kənddə    yaşayan,  qonşu  Daster kənd məktəbində müəllim işləyən Tural Əliyevə  daha  çox ziyan vurub. Belə ki, həyətindəki qaraçı qarın ağırlığına dözməyib, axşam saatlarında  tam  çökərək  şəxsi maşınını yararsız hala  salıb. Kənd müəllimi  maşının təmirindən  ötrü   təqribən  2000  manat xərcə düşübdür. Onu da deyim ki, rəqəm  bir  kənd müəllimi üçün  böyük məbləğdir.

Amma  maşının  təmiri  çox vacibdir. Axı, Tural  müəllim  dağ kəndinin  şaxtasında, yağışında   çalışdığı məktəbə getmək üçün  4  kilometr  yol qət edir.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184260