Saat:18:18
Haqqımızda

“Ağaları Ermənistana icazə verdi, ona görə Türkiyə ilə..." - Professor

2022-02-08 15:43:00

“Ağaları Ermənistana icazə verdi, ona görə Türkiyə ilə...

“Əslində bu yeni siyasət deyil. Abdulla Gülün vaxtında hətta qruplar yaranmışdı və onlar erməni-türk danışıqlarına yardım etməli idilər. Abdulla Gül İrəvana gedib futbol oyununa baxdı. O zaman Türkiyə əslində bir addım atmışdı və Ermənistanla əlaqələri yaxşılaşdırmağa çalışırdı. Amma onu da deyirdi ki, Qarabağ məsələsi nəzərə alınmalı, ermənilər dövlət gerbindən Ağrıdağı çıxarmalı, Türkiyənin qərb ərazilərinə iddialardan əl çəkməlidirlər. Türkiyənin tələbləri bunlar idi. Amma erməni şovinizmi o zaman buna getmədi”.

Bunu Teleqraf.com-a türkoloq alim Firudin Cəlilov deyib.

O xatırladıb ki, ermənilər beynəlxalq oyunda tərəf deyil, kimlərinsə əlaltısıdır:

“O zaman imkan vermədilər ki, Ermənistan-Türkiyə əlaqələri yaxşılaşsın. Normalda bu, Ermənistan üçün hava və su qədər lazım idi. Çünki hər tərəfdən blokadada olan Ermənistanın Avropaya birbaşa çıxışı yox idi. Digər tərəfdən, iqtisadi baxımdan boğulurdu. Amma o zaman ermənilər buna getmədi, çünki ağaları imkan vermədi. Halbuki Türkiyə vasitəsilə ağır durumdan çıxa bilərdilər”.

Firudin Cəlilov əlavə edib ki, indi Nikol Paşinyan və komandası ağıllanıb:

“Onlar görürlər ki, 30 il qabaq atılmalı olan addımları atmayıblar. Paşinyanın komandası tədricən bu addımlara gedir. Ermənistanın durumu həqiqətən də pisdir. İndiki dövrdə blokadada yaşamaq necə mümkündür? Bu səbəbdən də Türkiyə ilə əlaqələri qurmağa çalışırlar. Ermənistanın ağaları buna icazə vermək məcburiyyətində qalıb. Əks təqdirdə bu ölkəni onlar saxlamalıdır”.

Teleqraf.com