Saat:06:42
Haqqımızda

Ağadadaş Ağayev gözətçini baltalayıb? - Rəsmi açıqlama

2024-07-23 11:15:49

Ağadadaş Ağayev gözətçini baltalayıb? - Rəsmi açıqlama

Xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib. 

Hurriyyet.az xəbər verir ki, bununla bağlı məlumatı News24.az yayıb. Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. 

Məsələ ilə əlaqədar DİN-in mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.133689