Ağ Evdən BƏYANAT: Putinin nüvə təhdidini ciddi qəbul edirik

2022-09-21 16:55:00

Ağ Evdən BƏYANAT: Putinin nüvə təhdidini ciddi qəbul edirik

Məlum olduğu kimi, prezident V.Putin Rusiyada qismən səfərbərlik elan edib və bu tədbir 300 min civarında ehtiyatda olan insanları əhatə edəcək.

Artıq Böyük Britaniya və ABŞ kimi dünya siyasətində xüsusi çəkisi olan dövlətlər bu məsələyə reaksiya verərək münasibət bildirirlər. Belə ki, ABŞ bəyanat verərək Putinin sözlərini ciddi qəbul etdiyini, amma strateji əks-hərəkət qüvvələrinin hazırlığını artırmağa ehtiyac görmədiyini açıqlayıb.

Böyük Britaniyanın XİN rəhbəri Kleverli V.Putinin bəyanatına münasibət bildirib: "Biz heç vaxt Rusiyaya hədə-qorxu gəlməmişik, heç vaxt onun ərazi bütövlüyünə qəsd etmək fikrində olmamışıq, amma ukraynalıları dəstəkləməyə də davam edəcəyik".  

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068721