Saat:07:37
Haqqımızda

Ağ Ev üzr istədi

2021-09-21 15:15:00

Ağ Ev üzr istədi

ABŞ-ın süvari sərhəd polisləri qaçqınları qırmanclayıblar

Hurriyyet.az xəbər verir ki, ABŞ sərhəd polisinin Haitidən olan qaçqınları qırmancla döydüyünü göstərən fotolar və videolar dünyanı ayağa qaldırıb. Ata minmiş ABŞ sərhəd polisi əməkdaşları sərhəddə gözləyən və ABŞ-a daxil olaraq, yeni bir həyata başlayacağına ümud edən haitililəri şallaqlayıblar. Baş verən hadisə quldarlıq dövründə qaradərililərə edilən zülmlərə bənzədilib.

Dünyanı ayağa qaldıran hadisədən sonra Ağ Ev açıqlama verərək üzr istəyib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib: “Gördüklərimiz qorxuncdur. Bunları görən heç kim baş verənlərə haqq qazandıra bilməz”.

Sosial şəbəkələrdə göstərilən videolardan birində kovboy papağı taxmış ABŞ sərhəd polisi işçisinin at belində qarşısından qaçan köçkünləri qırmancla qovaladığı görünür, onları ağır sözlərlə təhqir elədiyi eşidilir.

Sosial şəbəkələrin istifadəçiləri videoları “ABŞ-da qaradərililərin məruz qaldıqları tarixi ədalətsizliklərin əks-sədası” adlandırıblar.

ABŞ Sərhəd Patrulunun rəisi Raul Ortiz hadisənin “qəbuledilməz olduğunu və araşdırıldığını” bildirib.

Sərhəddə gözləyən qaçqınlardan biri Əl Cəzirə kanalına müsahibəsində deyib: “Məni ən çox narahat edən hər kəsin vəziyyətdən xəbərdar olması, haitililərin başına gələnləri görməsidir. Prezidentimiz yoxdur, cinayətkarlıq səviyyəsi çox yüksəkdir, məktəblilər məktəbə gedə bilmirlər, iş yox, iqtisadiyyat çox pis vəziyyətdədir. Sərhəddən qovulmaq bizim üçün fəlakət olar”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR