Saat:04:49
Haqqımızda

Ağ Ev: Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil

2025-01-11 00:55:31

Ağ Ev: Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil

ABŞ-nin hazırkı Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyillər.

"Bakupost.Az" “The Guardian“a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Hazırda hər iki tərəfə dair danışıqlara hazırlıqla bağlı bir gözlənti yoxdur”, - Kirbi vurğulayıb.

Bundan əlavə, Ağ Ev rəsmisinin sözlərinə görə, Rusiya neft istehsalçılarını, tankerlərini, vasitəçiləri, treyderləri və limanlarını hədəf alan sanksiyalar Rusiyanın enerji sektoruna qarşı ən əhəmiyyətli tədbirlərdir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229609