Ağ Ev təsdiqlədi: Zelenski Baydenlə görüşəcək

2022-12-21 10:39:00

Ağ Ev təsdiqlədi: Zelenski Baydenlə görüşəcək

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşmək və ABŞ Konqresində çıxış etmək üçün dekabrın 21-də Vaşinqtona gələcəyi təsdiqlənib. Bu barədə Ağ Evdən məlumat verilib.
“Prezident Bayden ABŞ-ın Ukraynaya sadiqliyini vurğulamaq üçün prezident Zelenskini Vaşinqtona səfərə dəvət edib. Bayden dekabrın 21-də Ağ Evdə Zelenski ilə görüşü səbirsizliklə gözləyir, bundan sonra o, Konqresin birgə iclasında Ukraynaya güclü ikitərəfli dəstəyi nümayiş etdirəcək”, deyə Baydenin sözçüsü Karin Jan-Pierr bildirib.
Bundan əlavə, Zelenskinin səfəri zamanı ABŞ prezidenti Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174418