Afrika ölkəsində “Ebola” həyəcanı: Epidemiya elan edildi

2022-08-23 19:39:00

Afrika ölkəsində “Ebola” həyəcanı: Epidemiya elan edildi

Konqo Demokratik Respublikasının (KDC) şərqindəki Şimali-Kivu əyalətində Ebola xəstəliyinin aşkarlanmasından sonra Ebola epidemiyası elan edilib.

Səhiyyə naziri Jean Jacques Mbungani Şimali-Kivu əyalətində yeni Ebola hadisəsinin qeydə alındığını və bölgədə epidemiya elan edildiyini açıqlayıb.

Hadisənin 46 yaşlı qadın olduğunu bildirən Mbungani, bu şəxslə təmasda olan 160 nəfərin müəyyən edildiyini və tibbi qruplar tərəfindən lazımi tədbirin alındığını bildirib.

Ebola Afrikada minlərlə insanın həyatına son qoyub.

Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDC-nin Yambuku şəhərlərində eyni vaxtda yayılan epidemiyalarda ortaya çıxıb. KDC-də epidemiya Ebola çayı yaxınlığındakı kənddə başladığı üçün xəstəlik bu çayın adını daşıyır.

Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiyada 30 min insan bu virusa yoluxub, xəstələrin 11 mindən çoxu dünyasını dəyişib. \\Unikal


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.103316