Afrika Çinin siyasi təbliğatı genişləndirmək üçün sınaq meydanı olaraq qalır – Mütəxəssislər iddia edir

2021-07-20 14:37:00

Afrika Çinin siyasi təbliğatı genişləndirmək üçün sınaq meydanı olaraq qalır – Mütəxəssislər iddia edir

Pekin qlobal əhatə dairəsini genişləndirməyə davam etdikcə, Çin-Afrika münasibətləri Afrikanın Çin Kommunist Partiyasının (ÇKP) siyasi imkanlarını genişləndirmək üçün əsas sınaq meydanına çevrildiyi bir model olaraq qalır.

ÇKP 1949-cu ildə hakimiyyətə gəldikdən sonra Afrika ölkələri ilə əlaqələrini gücləndirib. İdeoloji və hərbi təlim verməklə ÇKP azadlıq hərəkatlarını dəstəkləyir. Partizan müharibəsi taktikalarını dəstəkləmək üçün də vəsait bağışlayıb.

 

 

“The Times of Israel” qəzetindəki məqaləsində Siyasi və Xarici İşlər Mərkəzinin qurucusu və Prezidenti Fabien Baussart iddia edir ki, Afrikanın müstəqilliyindən sonrakı dövrdə ÇKP, Afrikadakı varlığını gücləndirmək üçün siyasi və iqtisadi cəhətdən fəaliyyət göstərib. ÇKP ilə digər Afrika siyasi elitaları və yüksək səviyyəli kadrlar arasında partiyalararası mübadilə, təlim proqramları və seminarlar ÇKP-nin avtoritar idarəetmə modelini ixrac etmək üçün əsas yol olub. Bu cür təlimlər Afrikadakı yeni liderlər arasında ÇKP dəyərlərini qəbul etməyə yönəlib.

F.Baussartın fikrincə, bu proqramlar sayəsində Pekin çoxtərəfli forumlarda diplomatik manevr və effektiv dəstək üçün afrikalı həmkarları ilə bir şəbəkə inkişaf etdirir: “Bu, Pekinin bu ölkələrdə nüfuz qazanması və siyasi qərarlarını Pekinin prioritetləri ilə uyğunlaşdırması üçün strateji bir vasitə halına gəlibBeləliklə, ÇKP bu cür seminarları mütəmadi təşkil edərək Afrikanın hakim partiyalarına tədricən daha da dərin təsir imkanları edir. Efiopiya, Konqo, Zimbabve kimi Afrika ölkələrindəki hakim partiyaların ÇKP tərəfindən həyata keçirilən siyasi partiyaların təlim proqramlarından necə təsirləndiyinə dair çoxsaylı nümunələr var”.

F.Baussartın sözlərinə görə, fəaliyyətini genişləndirmək üçün ÇKP Afrika ölkələrindəki siyasi məktəbləri maliyyələşdirir, burada yerli liderlər üçün siyasi təlim akademiyaları hazırlayır. Bu, siyasi məzmunu təbliğ etməklə yanaşı, Çinin xarici siyasət maraqlarını artırır.

Əks dəlillərə baxmayaraq, Çin bu təlim proqramlarının sadəcə “fikir mübadiləsi” olduğunu deyir: “Bununla yanaşı, mütəxəssislər bu təlim proqramlarının “Afrika siyasi partiyalarının seçimi və seçimlərinə psixoloji və siyasi təsir” göstərəcəyinə inanır”.

AzPolitika.info