Afinadan inanılmaz: Yenə türk təyyarəsinə hücum etdi

2022-09-05 16:05:00

Afinadan inanılmaz: Yenə türk təyyarəsinə hücum etdi

Yunanıstan Hərbi Hava Qüvvələri NATO əməliyyatı çərçivəsində missiya yerinə yetirən Türkiyə patrul təyyarəsinə hücuma cəhd edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

“Yunanıstan Hərbi Hava Qüvvələri NATO-nun Aralıq dənizi bölgəsində təhlükəsizliyi təmin etmək üçün “Sea Guardian” missiyası çərçivəsində Türkiyə patrul təyyarəsinin qarşısını almağa cəhd edib. Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin silahlı olmadığını vurğulayıb. Nazirlikdən bildirilib ki, Yunanıstan tərəfinin hərəkətlərinə adekvat cavab verilib”, - məlumatda qeyd olunub.

Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061047