AFFA Gömrük Məcəlləsinin pozub - Məhkəməyə verildi
2024-10-30 17:32:13
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
Hurriyyet.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, AFFA barəsində protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İşə Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə baxılacaq.