“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”

2021-09-11 11:57:00

“Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin..?”

“Teatrlarla bağlı hərənin özü fikri var. Deyirlər ki, Afaq xanım öz yerini şirin salmaq istəyir. Afaq xanım özünü “TƏBİB”-in yanında şirin salmaq istəyir ki, ona termometr versin? Bu xəstəlikdir, epidemiyadır, bəladır. Səhnəni açın və deyin görüm hansı tamaşaçı teatra gələcək?! Axı hamı bu dəqiqə qorxur axı. Mən bu xəstəliyi keçirəndən sonra gördüm nə bəladır. Sonra gördüm ki, bununla zarafat etmək olmaz”

Hurriyyet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. Aktrisa Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltanın onun ünvanına səsləndirdiyi fikirlərinə münasibət bildirib: 

“Elə səhnələr olur ki, mənimlə tamaşaçı arasında heç bir metr məsafə olmur. Ön planda dayanıram ya monoloq, ya da nəsə deyirəm. Elə Azərbaycan Dövlət Akademik Teatrdından danışaq. Yenə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı komediya oynayır. Hələ bu oxuyur da və tamaşaçıyla arasında 47 nəfərlik orkestr var. Hələ siz bunu sayın. 

 

İntiqam Soltan teatr rəhbəridir və teatrını açmasa, aktyorunu dolandıra, tamaşa qoya bilməz. Bunu hamımız başa düşürük, amma hamımızın da səbr kasası daşıb. Afaq Bəşirqızı səhnəsiz qala bilir bəyəm? Mən də darıxıram, amma real fikirləşirəm, dünənin uşağı deyiləm ki. Real fikirləşirəm ki, hansısa müəssisəyə bilet versən adama nə deyərlər və yaxud da kassanı açıq qoysan, kim gəlib bilet alacaq? Siz bulvara baxmayın insanlar gəzirlər, hərə bir əyləncənin, fikir dağıtmağın dalıyca gedir. Amma bura teatrdır, beş yüz nəfərlik yerdir, 47 nəfər orketsrdır, səhnədə də ən azı on iki nəfər aktyor olur. Ümumilikdə isə 24-30 nəfərlik işçi olur. Bu epidemiyanın qarşısını almaq olarmı? Bu elə bir problemdir ki, bütün dünyanı ağuşuna alıb. İngiltərədə hər on dəqiqədən bir nə olursa olsun gəlib oranı dərmanlayırlar. Onda bəs teatrı necə dərmanlayacaqlar, iki dəqiqədən bir deyəcəklər ki, dayanın, buranı dərmanlayaq. Dərman da axı kimyəvi maddədir, onun qoxusundan nəfəs almaq olar?! Hamı öz ambisiyası üçün çalışır. Mənim işim bundan keçir, bu gərək açılsın, olsun. Olsun da, mən də istəyirəm ki, olsun. Amma heç Afaq deməsə də teatrlar qapalıdır. Afaq deməklə teatrları bağlayacaqlar, ya Ramiz Məlik və İntiqam Soltanın deməyiylə teatrı açacaqlar? Adam utanır, sən ziyalısan və durub deyəndə ki, teatrları açın, onda insanlar elə bilir ki, teatrları qəsdən bağlayıblar. Bunun da söz-söhbətdən başqa heç bir nəticəsi yoxdur. Bunlar düşmən axtarırlar, qaşınmayan yerdən qan çıxarırlar”.