Afaq Bəşirqızı jurnalistlərə QARĞIŞ ETDİ: "O çörək sizə zəhər olsun"

2023-01-25 21:14:00

Afaq Bəşirqızı jurnalistlərə QARĞIŞ ETDİ:

“Bu xalq onda bədbəxt olur ki, onun mədəniyyətinə və mədəniyyət xadimlərinə soyuq münasibət bəslənilir. Tünzalə Əliyevanın övladına dəstək olmaq üçün fond yaradılması ilə bağlı xalqa yox, incəsənət xadimlərinə müraciət etdim”.

Hurriyyet.Az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı mərhum aktrisa Tünzalə Əliyevanın qızına yardım olunması ilə bağlı sosial şəbəkə hesabındakı paylaşıma münasibət bildirərkən, deyib. 

Aktrisa onu da diqqətə çatdırıb ki, fond yaradılması təklifini incəsənət xadimlərinə ünvanlayıb: “Tünzalə Əliyevanın qızı Zəhra üçün fond yaradılması təklifini incəsənət xadimləri üçün demişəm. Bunun xalqa aidiyyatı yoxdur. Vəssalam. Media nümayəndələri elə başlıqlar, elə yazılar yazırlar ki... Fikirlər kontekstdən çıxarılır. Camaat da yazını oxumamış, savadsız kütlə ağzına gələni yazır. Ayıb deyil? Sözüm jurnalistlərədir, yazı yazanda, başlıq qoyanda diqqətli olun. Məni təhqir etməklə çörək qazanırlarsa, o çörək zəhər olsun!”.

Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı səhhəti ilə əlaqədar olaraq mərhum aktrisa Tünzalə Əliyevanın vida və dəfn mərasiminə qatılmamışdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.232260