Aeroport yolunda ağır qəza: 6 maşın toqquşdu
2024-07-02 00:22:25

Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.
Hurriyyet.az-ın məlumatına görə, hadisə şahidləri "Report"a bildirib ki, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.
Yol qəzası zamanı 6 avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.
