ADY-nin bu xəttə buraxmağa qatarı yoxdur – Rəsmi
.jpg)
2021-ci il mayın 15-də Azərbaycan Dəmir Yolları (ADY) QSC Bakı-Qəbələ dəmir yolu xəttinin açılışını etsə də, bu istiqamət üzrə hələ də sərnişindaşıma həyata keçirilmir.
Mövzu ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq QSC-nin Mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə qatarların hələ də fəaliyyət göstərməməsinə səbəb qatar çatışmazlığıdır:
“Azərbaycan Dəmir Yolları QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var. Bu qatarlardan 7-si Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. 1 qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur”.
Qeyd olunub ki, hazırda Ucar-Bakı istiqamətində də analoji işlər görülür:
“Martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Qeyd edək ki, Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya