Saat:23:13
Haqqımızda

“ADY Ekspress” yenidən təşkil olundu

2024-12-26 21:41:42

“ADY Ekspress” yenidən təşkil olundu

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC yenidən təşkil olunub.
Hurriyyet.Az xəbər verir ki, bu, səhmdar cəmiyyətinə məxsus digər şirkətin – “ADY Konteyner” MMC-nin ona qoşulması ilə baş verib.
Son nəticədə “ADY Konteyner”ə məxsus 5 000 830 manatlıq nizamnamə kapitalı “ADY Ekspress”in hesabına köçürülüb. Bununla da, onun kapitalı 1 911 634 manatdan 6 912 464 manata çatdırılıb.
Birləşmə ADY-nin Müşahidə Şurasının qərarı əsasında, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə icra edilib.\\Globalinfo.az  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207844