Saat:01:51
Haqqımızda

ADP prezidentin Brüssel görüşündən imtinasını məqbul hesab etmir – BƏYANAT

2022-11-28 23:15:00

ADP prezidentin Brüssel görüşündən imtinasını məqbul hesab etmir – BƏYANAT

Bu gün ADP İdarə Heyətinin ölkə və regionda baş verən hadisələrə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin pozulması, bu təxribatlar nəticəsində sərhəddə yaranan gərginliklərdən, Rusiya milyarderi R.Vardanyanın separatçı rejimdə mühüm post tutaraq Qarabağ iqtisadi zonasında müharibə ritorikası ilə bəyanatlar verməsindən narahat olduğunu bildirib.

Qeyd olunub ki, hakimiyyət Qarabağda yerləşən erməni silahlı qüvvələrinin atəşkəsi pozmasına, təxribatlar törətməsinə adekvat reaksiya verməli, ordumuzu bu hərbi təxribatlara hazır vəziyyətə gətirməli və R.Vardanyanın həbsi ilə bağlı konkret addımlar atmalıdır.

İdarə Heyəti Ermənistan baş naziri N.Paşinyanın dekabrın əvvəllərində Brüsseldə keçiriləcək görüşdə Fransa prezidenti E.Makronun iştirakını şərt kimi irəli sürdükdən sonra ölkə başçısının bu görüşdən imtina etməsi məsələsinə münasibət bildirib. Partiya rəsmiləri bundan əvvəl Brüsseldə keçirilən görüşlərin nəticəsinin, bu görüşlərdə ölkəmizin ərazi bütövlüyü, suverenliyi məsələsinin birmənalı şəkildə müdafiə edildiyinin əhəmiyyətini, ABŞ-ın da dəstəklədiyi Brüssel variantının ərazi bütövlüyümüzü gözardı edən Rusiya variantından daha səmərəli olduğunu diqqətə çəkərək, ölkə prezidentinin bu görüşdən imtina etməsini məqbul hesab etməyib.

İdarə Heyəti keçən həftə KTMT-yə daxil olan ölkələrin Ermənistan paytaxtında keçirilən görüşü ətrafinda müzakirələr aparıb və bu görüşdə üzv dövlətlərin ölkəmiz əleyhinə hər hansı bir qərar qəbul ediləcəyinə ümidlər bəsləyən, Azərbaycanı təcavüzkar ölkə kimi tanıtdırmağı planlayan N.Paşinyanın bunun əksi ilə qarşılaşması faktını təqdir edib. Rəsmilər hakimiyyəti bundan sonra da bu quruma daxil olan ölkələrlə ikili münasibətləri davam etdirməyə, həmçinin siyasi, hərbi etibarlılığın təmin edilməsi üçün Türkiyə, Pakistan dövlətləri ilə əlaqələrini möhkəmləndirməyi, həmçinin NATO blokuna daxil olan ölkələrlə təması gücləndirməyi və vacib hesab edib və hakimiyyəti bu yöndə effektli addımlar atmağa səsləyib.

İdarə Heyəti İranda yaşanan gərginliklər bu gərginliklərin yatırılması üçün dinc əhaliyə silahlı hücumlar edilməsi, çox sayda sakinin öldürülməsi faktından bir daha narahatçılığını ifadə edib və İran rəsmilərini dinc əhaliyə qarşı silahlı basqınlardan, amansız işgəncələrdən geri durmağa, insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırıb. Eyni zamanda ölkə başçısının yüksək kürsülərdən İranda yaşayan soydaşlarımızın qanuni haqlarının müdafiəsi ilə bağlı çıxışlarını təqdir etməklə BMT də İrana dair insan haqlarının pozulması ilə bağlı müzakirələrdə nümayəndə heyətimizin səsvermədə iştirak etməməsini ölkə başçısının məlum çıxışları ilə bir araya sığmadığını diqqətə çatdırıb və bu faktın yolverilməz olduğunu bildirib.

İdarə Heyəti Milli Məclisin komissiyalarında siyasi partiyalar haqqında yeni qanun layihəsinin ikinci oxunuşda müzakirə edilməsi, qanun layihəsində bir sıra mürtəce müddəaların saxlanılmasına münasibət bildirib və hakimiyyəti siyasi partiyaların qeydə alınması, normal fəaliyyət göstərməsi, siyasi plürallığın təmin edilməsi naminə adı çəkilən qanun layihəsindən imtina etməyə çağırıb.

İdarə Heyəti Putin Rusiyası tərəfindən Ukraynaya qarşı başladılan müharibənin daha amansız forma almasından, son vaxtlar Rusiya hərbi arsenalının Ukraynanın enerji resurslarını, mülki əhalini hədəf alması, milyonlarla insanı küçə zorramasından ciddi narahat olduğunu qeyd edib və bu faktın adı çəkilən dövlətin terror dövləti olmasını bir daha təsdiqlədiyini bildirib. Partiya yetkililəri dünya dövlətlərini Rusiyanın təcavüzkar addımlarına son verilməsi üçün öz səylərini birləşdirməyə, ən effektli sanksiyalarla onun hərbi planlarının qarşısını almağa və Ukraynaya öz haqq işində yaxından dəstək olmağa çağırıb.

İdarə Heryəti son günlər Laçın dəhlizi vasitəsi ilə Qarabağ iqtisadi zonasına hərbi qüvvələrin, müxtəlif təyinatlı silah sursatın daşınması, erməni silahlı qüvvələrinin yenidən ərazilərimizdə yerləşdirilməsi faktından ciddi narahat olduğunu bildirib və rus sülhməramlılarının müvəqqəti yerləşdiyi bu ərazilərdə baş verən təxribatlara bu kontingentin göz yummasını yolverilməz hesab edib və hakimiyyəti 10 noyabr sazişindən irəli gələn tələbləri yerinə yetirmədiyinə görə Rusiyayının diqqətinə çatdırmaqla, məlum ərazilərdə antiterror əməliyyatları keçirməyə çağırıb.

İdarə Heyəti əhalinin sosial-iqtisadi vəziyyətinin getdikcə ağır bir duruma düşdüyü bir vaxtda ölkədə tüğyan edən qiymət artımı, süni bahalaşma və onun insanlarımız üçün gətirdiyi üzücü vəziyyətlə bağlı fikir mübadiləsi edib və hakimiyyəti ölkədə yaranan qiymət artımına, süni bahalaşmaya qarşı ciddi tədbirlər almağa, xalqın sosial güzəranının yaxşılaşması iastiqamətində əməli addımlar atmağa çağırıb.

İdarə Heyəti həbsdə olan VİP sədri Əli Əliyevin barəsində təkrar olaraq saxta və qondarma ittihamla 3,6 il müddətinə çıxarılan məhkəmə hökmünü, eyni zamanda həbsdə olan ADP üzvü, keçmiş hərbiçi və ehtiyyatda olan polkovnik Elnur Məmmədovun barəsində olan məhkəmə hökmündən verilən apellyasiya şikayətinin təmin edilməməsini qətiyyətlə pisləyib, baş verənləri ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması və hüquqi nihilizmin əlaməti kimi dəyərləndirib.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR