Saat:17:19
Haqqımızda

ADP-nin deputatlığa namizədi seçkilərin nəticəsini tanıdı - BƏYANAT

2024-09-02 12:52:12

ADP-nin deputatlığa namizədi seçkilərin nəticəsini tanıdı - BƏYANAT

Xətai 33 saylı 1-ci seçki dairəsindən deputatlığa namizəd Xaliddin Cahangirov açıqlama yayıb

Azərbaycan Demokrat Partiyası (ADP) ölkəmizin müstəqilliyi ilə yaşıd olan və hakimiyyət uğrunda mübarizənin qanuni legitim yolla  aparılması tərəfdarı kimi çıxış edən siyasi qüvvələrdən biridir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində bütün ideoloji-siyasi fikir ayrılıqlarını bir kənara qoyaraq,  torpaqlarımızın erməni işğalından azad edilməsi üçün milli həmrəyliyə və vahid siyasi mövqeyə nail olunmasına ilk qoşulan təşkilatlardan biri kimi qazanılan Qələbəni xalqımızın çoxəsrlik tarixində müstəsna hadisə kimi qiymətləndirdik. Ona görə də 1 sentyabr 2024 cü il tarixində Milli Məcliisə təyin olunan seçkilərdə ADP üzvlərinin iştirakı da ölkəmizdə yeni siyasi tarixin və bütövlüyümüzün möhkəmləndiirlməsi naminə tamamilə məntiqi və hüquqi addım idi.

Mən, Xaliddin Cahangirov mənsub olduğum siyasi qüvvənin qərarı və öz arzumla namizədliyimi Xətai 33 saylı 1-ci seçki dairəsindən irəli sürməklə Azərbaycanın gələcəyini fərqli görən bir partiyanın mənafelərinin təmsilçisi olduğumu bəyan etdim.  İstər imzatoplama kampaniyası zamanı, istərsə də seçicilərlə görüşlər üçün ayrılan açıq və qapalı yerlərdə təğliğat-təşviqat tədbirlərinin keçirilməsinə hər hansı inzibati basqı və təzyiqlər edilmədi, yerli hakimiyyət orqanlarının, Dairə Seçki Komissiyasının təzyiq, yaxud müdaxilə cəhdinə rast gəlmədim.

Mənim üçün siyasətin qızıl qaydalarından biri dürüstlükdür. Əgər biz iqtidardan bunu tələb ediriksə, onda hər bir müxalif partiya nümayəndəsi də obyektivliyi və daxili vicdanı ilə hərəkət etməyi ali siyasi meyarlardan biri saymalıdır. Əks halda, tənqid etdiyimiz qüvvədən heç bir fərqimiz olmayacaq.

Seçki təbliğatı dövründə bütün rəqiblərimizin fəaliyyətini yaxından izləyirdim. Dairədə bütün namizədlər üçün əsas rəqibin uzun illər deputat mandatı daşıyan Zahid Orucun olacağı gözlənilən idi. İddiaçılar arasında əvvəlcədən müxtəlif taktiki planlar qursaq da, alternativlər arasında birlik mümkün olmadı. Digər tərəfdən, Zahid Orucun bütün ərazidə fəal kampaniya apardığını nəinki media, sosial-şəbəkələr, eləcə də biz yerlərdə görürdük. İnsanların rəğbətini qazanmaq üçün onun təcrübəsi və çağırışları öz təsirini göstərdi.

ƏIlbəttə, seçkinin növbədənkənar olması, yay mövsümü, insanların bir qisminin məzuniyyətdə olması da nəzərə alınarsa əhalinin yalnız müəyyən bir hissəsinin seçkilərdə aktiv iştirak edəcəyini təyin etmək o qədər də çətin deyildi. Parlament seçkilərində kvorumun tələb olunmaması və sadə səs çoxluğu ilə qalibin müəyyənləşəcəyi də seçkilərin nəticəsinə öz təsirini göstərdi.

Seçkilərin azad, ədalətli və bərabər qaydada aparılması mühüm nəticələrdən biridir.

1 senyabrda məntəqə seçki komissiyalarında müşahidəçi kimi bizi təmsil edən tərəfdarlarımız seçicilərin könüllü qaydada iştirakını, hər hansı qanunsuzluğun baş vermədiyini, xırda texniki qüsurların nəticələrə təsir göstərmədiyini deməyə əsas yaratdı.  33 saylı Xətai 1-ci seçki dairəsinin elan edilən nəticələrinin  vətəndaşların  iradəsini doğru əks etdirdiyini qəbul edir, onu rəsmən tanıdığımı bəyan edirəm.

Opponentim Zahid Orucu qazandığı qələbə münasibətilə təbrik edir, inanırıq ki, bizim göstərdiyimiz siyasi barış və  nəticələri tanımaq mövqeyimiz bir tərəfdən siyasi mədəniyyət nümunəsi sayılacaq, digər yandan qalib şəxsin gələcəkdə bütün namizədlərin xalqın mənafeyinə uyğun təklif və tövsiyyələrini yerinə yetirmək öhdəliyi kimi qəbul olunacaqdır.

Qalib Azərbaycanda hər şeyin daha yaxşı olması arzusu ilə..

Xaliddin Cahangirov

ADP-nin 33 saylı Xətai 1-ci seçki dairəsindən deputatlığa sabiq namizədi

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.224948