Saat:04:30
Haqqımızda

ADP FÖVQƏLADƏ QURULTAYINI KEÇİRDİ - Tədbirin sonunda bəyanat qəbul olundu / Fotolar

2023-12-04 16:14:41

ADP FÖVQƏLADƏ QURULTAYINI KEÇİRDİ - Tədbirin sonunda bəyanat qəbul olundu / Fotolar

Azərbaycan Demokrat Partiyası (ADP) 03 dekabr 2023-cü il tarixdə özünün XI fövqəladə qurultayını keçirib. Qurultay partiyanın mərkəzi qərargahında baş tutub.

Qurultayda Təşkilat Komitəsi adından Sərdar Cəlaloğlu siyasi məruzə ilə çıxış edib. Daha sonra qurultayın gündəliyində duran ikinci məsələ - qəbul edilmiş Siyasi Partiyalar Haqqında Qanuna uyğun olaraq ADP-nin Nizamnaməsinin yeni redaksiyada, Proqramının isə əlavə və dəyişikliklərlə qəbulu ilə bağlı ADP sədrinin müavini Taliyət Əliyev məruzə ilə çıxış edib. Məruzə ətrafında aparılan müzakirələrdən sonra səsvermə həyata keçirilib. Səsvermə nəticəsində ADP-nin Nizamnaməsi yeni redaksiyada və Proqramı isə əlavə və dəyişikliklərlə qəbul olunub.

Yekunda qurultay adından bir sıra sənədlər, o cümlədən bəyanat qəbul edilib. Bəyanatda vurğulanır:

ADP fövqəladə qurultayının iştirakçıları ölkəmizin işğal altında olan bütün ərazilərinin azad edilməsi və suverenliyin tam bərpa olunmasını ötən dövrün ən mühüm siyasi hadisəsi, xalqımızın ən böyük nailiyyəti hesab edir.

Qurultay iştirakçıları Vətən müharibəsi və Xankəndi şəhərinin terroristlərdən təmizlənməsi əməliyyatının qəhrəmanlarını böyük iftixar hisləri ilə yad edir, şəhidlərimizin əziz xatirəsi önündə fəxarətlə baş əyir və Zəfər gününü bu xalqa bəxş edən rəşadətli Silahlı Qüvvələrimizin hər bir əsgərinə dərin minnətdarlıq hislərini ifadə edirlər.

Qurultay iştirakçıları hesab edir ki, bölgədə sülhün bərqərar olması prosesinə uzun illər ərzində ciddi əngəl olmuş və ya hazırda bölgədə imperiya maraqlarını təmin etməyə çalışan dövlətlərin iştirakı olmadan birbaşa Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamalı, Zəngəzur dəhlizi açılmalı və onun təhlükəsizliyi bu iki dövlətin hərbi qüvvələri tərəfindən təmin edilməlidir.

Qurultay iştirakçıları hesab edir ki, Azərbaycan dövləti suverenliyini bütün ölkə ərazisində bərpa etdiyinə və “Qarabağ problemi” adlandırılan məsələni həll etdiyinə görə ərazimizdə hər hansı yad ölkə hərbi qüvvəsinin saxlanmasına heç bir əsas yoxdur və Xankəndində yerləşdirilmiş Rusiya hərbi kontingenti dərhal öz ölkəsinə geri dönməlidir. 

Qurultay iştirakçıları işğaldan azad olunan şəhər və rayonların sürətlə bərpa olunması, vətəndaşlarımızın orada yenidən məskunlaşması prosesinin başlanmasını da ötən dövrün mühüm siyasi hadisələrindən biri kimi qeyd edir və bu prosesin sürətlə, davamlı olaraq, həmçinin iqtisadi şəffaflıq şəraitində aparılmasını suverenliyimizin bərpasının mühüm mərhələsi kimi dəyərləndirirlər.

Qurultay iştirakçıları ötən dövr ərzində Türkiyə Cümhurriyyəti və Pakistan İslam Respublikası ilə siyasi, hərbi və iqtisadi əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdirilməsini, türkdilli ölkələrin birliyi, İqtisadi əməkdaşlıq təşkilatı və digər beynəlxalq platformalarda Azərbaycanın fəal iştirakını yüksək dəyərləndirib və bu fəaliyyətlərin ardıcıl davam etdirilməsinin vacibliyi bir daha vurğulayıblar.

Qurultay iştirakçıları hərbi quruculuq, silahlı qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində atılan addımları təqdir edib, səhiyyə və təhsil sistemində isə vəziyyətin qənaətbəxş olmaması, bu iki olduqca vacib sahədə ölkə miqyasında ciddi qüsurların hələ də davam etməsi ilə əlaqədar narahatlıqlarını bildiriblər.

Qurultay iştirakçıları bu yaxınlarda həyata keçirilmiş tanınmış media nümayəndələrinin həbsini pisləyib, son zamanlar süni olaraq siyasi məhbus məsələsinin aktuallaşdırılmasına yönələn cəhdlərdən ciddi narahatlıq ifadə edilib və hakimiyyəti şübhəli ittihamlarla həbs olunan jurnalistləri azad etməyə çağırıb”.

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.271826