ADP antiterror əməliyyatlarına dəstək verdi... - BƏYANAT

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlanılıb. Bununla bağlı Azərbaycan Demokrat Partiyası bəyanat qəbul edib. Bəyanatda deyilir:
Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistanın qeyri-qanuni hərbi birləşmələri və terrorçu qruplarının bu günkü təxribatı nəticəsində Azərbaycan hüquq mühafizə orqanlarına böyük itki baş vermişdir. Baş vermiş təxribat nəticəsində 7 nəfər polis əməkdaşı olan –Xəzər Zamanov, Asim Camalzadə, Elşən Həsənov, Seyfi Abdullayev, Ramil Şirinov, Seymur Mahmudov, Ələsgər Əsgərov eyni zamanda bir neçə mülki vətəndaşımızın şəhid olub və bir neçə nəfər ağır xəsarət almışdır. ADP şəhid ailələrinə dərin hüznlə başsağlığı verir, yaralanalara Allahdan şəfa diləyir.
Bu hadisədən sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri beynəlxalq hüquq normalarına uyğun olaraq Qarabağ bölgəsində lokal xarakterli antiterror əməliyyatlarına başlayıb.
ADP Azərbaycan dövlətinin atdığı bu addımı birmənalı olaraq dəstəkləyir və dünya dövlətlərini anterror əməliyyatlarında Azərbaycanın yanında olmağa çağırır.
ADP Ermənistan dövlətinin bu hadisəyə pozitiv mövqe tutmasının vacibliyini bildirir, Qarabağ bölgəsində terroristlərin məhv edilməsi və Azərbaycan vətəndaşlığı olmayan şəxslərin Xankəndi iqtisadi zonasından çıxarılmasını beynəlxalq hüquq normalarına uyğun olduğunu bir daha bəyan edir.
ADP Azərbaycanın bütün siyasi partiyalarını və xalqımızı Azərbaycan hakimiyyətinin Qarabağ bölgəsində başlatdığı lokal xarakterli antiterror əməliyyatlarına birmənalı olaraq dəstək verməyə çağırır.
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya